İçeriğe geçmek için "Enter"a basın

YAP-ın namizədlərinin hamısı qeydə alınıb

29-09-2015


29.09.2015 / 14:05 xeber –

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin hamısı dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

 

YAP-dan APA-ya verilən məlumata görə, bununla da, partiya Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

 

Noyabrın 1-ə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Uğurla başa çatmış imzatoplama kampaniyasında partiya Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

 

mənbə :
lent.az

YAP-ın namizedlerinin hamısı qeyde alınıb