İçeriğe geçmek için "Enter"a basın

Cəlilabbad sakinindən külli miqdarda narkotik aşkarlandı

29-09-2015


29.09.2015 / 15:48 xeber –

Azərbaycana  narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayonu Sərxanlı kənd ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Nəticədə Cəlilabad rayon sakini 01.06.1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 7 kq tiryək və 470 qram heroinlə saxlanılıb.

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

mənbə :
lent.az

Celilabbad sakininden külli miqdarda narkotik aşkarlandı