İçeriğe geçmek için "Enter"a basın

“Baku United” UEFA Kubokuna hazırlaşır

29-09-2015


29.09.2015 / 15:59 xeber –

İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” Futzal Klubu UEFA Futzal Kubokunun əsas mərhələsi çərçivəsinə hazırlıqlarını davam etdirir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adı çəkilən ölkəni Avropada təmsil edəcək.

 

“Baku United” elit raunduna çıxmaq uğrunda “F” qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.

 

Hazırda “Baku United” yenidən strukturlaşdırılma mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadır.

 

Klubun İctimaiyyətlə əlaqələr üzrə direktoru Elşən İsmayılov Bakının adını daşıyan komandamızın bu adı yüksək daşımağa çalışacağına söz verib: “Məlum olduğu kimi Azərbaycan bu mövsümdə UEFA Kubokunda təmsil olunmayıb. Təbii ki, bu müvəqqəti bir çətinlikdir. Amma əminik ki, azərbaycanlı futzal həvəskarları Avropada “Baku United”ə azarkeşlik edəcək”.

mənbə :
lent.az

“Baku United” UEFA Kubokuna hazırlaşır