İçeriğe geçmek için "Enter"a basın

Seymur Həzinin şikayəti təmin olunmadı

29-09-2015


29.09.2015 / 18:13 xeber –

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində həbsdə olan jurnlist Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə növbəti proses keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Nazim Mövsümov sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət təmin olunmayıb. Abşeron rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxardıb.

Qeyd edək ki,  Seymur Həzi ötən il avqustun 29-da xuliqanlıq ittihamı ilə həbs olunub. Həmin gün o, Ceyranbatan qəsəbəsində yerləşən evindən işə gələrkən qəsəbənin girişindəki dayanacağın yaxınlığında Məhərrəm Həsənov ona yaxınlaşıb. O, Seymur Həziyə “facebook”da yazdığı məktubuna niyə cavab vermədiyini irad tutub. Seymur da öz növbəsində bunu məktubu görməməsilə izah edib. Ardınca Məhərrəm Həsənov Seymur Həziyə sifət nahiyəsindən zərbə vurub. Seymur da özünü müdafiə məqsədilə əlindəki butılka ilə onu vurub.

Bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib

mənbə :
lent.az

Seymur Hezinin şikayeti temin olunmadı