İçeriğe geçmek için "Enter"a basın

Sabah bəzi rayonlarda qaz təchizatı məhdudlaşdırılacaq

29-09-2015


29.09.2015 / 19:22 xeber –

Sabah Ağdaş, Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin ''Ucar'' ,“Lək” və “Zərdab”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Çinarlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri həyata keçiriləcək. 

 

Təmir müddətində Astara rayonunun Ərçivan, Alaşa, Şovaş, Artopa və Kişab, Şəmkir rayonun Çinarlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

mənbə :
lent.az

Sabah bezi rayonlarda qaz techizatı mehdudlaşdırılacaq