İçeriğe geçmek için "Enter"a basın

Dövlət Sirrinin Mühafizəsi üzrə Komissiyanın tərkibi barədə fərmana dəyişiklik edildi

29-09-2015


29.09.2015 / 21:34 xeber –

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, fərmana əsasən,  1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilməsi qərara alınıb:

 

“Komissiyanın sədri

 

Yaqub Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

 

Komissiyanın üzvləri:

 

Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

 

Zakir Həsənov Azərbaycan Respublikasının müdafiə naziri

 

Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri

 

Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri

 

Şahin Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

 

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri

 

Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 

Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri

 

Yavər Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

 

Vaqif Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

 

Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.”.

mənbə :
lent.az

Dövlet Sirrinin Mühafizesi üzre Komissiyanın terkibi barede fermana deyişiklik edildi