İçeriğe geçmek için "Enter"a basın

AŞPA-nın yeni baş katibi bəlli oldu

29-09-2015


29.09.2015 / 21:48 xeber –

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci iş günündə qurumun baş katibi vəzifəsinə seçkilər keçirilib. AŞPA baş katibi postuna seçkilər iki namizəd, Assambleyanın hazırkı baş katibi Voytsex Savitski və serbiyalı xanım Svetislava Bulajiç arasında keçirilib. Voytsex Savitski 140 səs toplayaraq yenidən AŞPA-nın baş katibi vəzifəsinə seçilib. Xanım Svetislava Bulajiçə isə 108 deputat səs verib.

 

Qeyd edək ki, AŞPA-nın Baş katibi Voytsex Savitski daha 5 il müddətinə bu vəzifəsini icra edəcək. Onun hazırkı baş katiblik mandatı gələn ilin fevral ayında bitməli idi. 

mənbə :
lent.az

AŞPA-nın yeni baş katibi belli oldu