İçeriğe geçmek için "Enter"a basın

Milli Məclisin deputatı AŞPA-nın məruzəçisi seçildi

29-09-2015


29.09.2015 / 22:22 xeber –

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, komitədə gənclərin radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki parlamentarı seçilib. Onlardan biri İngiltərəli parlamentar Jeffri Donaldson, digəri isə Azərbaycanın Parlament Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bu məruzənin AŞPA-nın gələn ilin iyun ayında keçiriləcək sessiyasına hazır olacağını da bildirib.

mənbə :
lent.az

Milli Meclisin deputatı AŞPA-nın meruzeçisi seçildi