İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan şahmatçıları FIDE reytinqində irəliləyiblər

31-10-2019

[r32]

31 Oktyabr, 2019  15:57 xeber – Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

“Report” qurumun saytına istinadən xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından 4-ü “100-lüy”ə düşüb. İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2777 xalla beşinci yerdədir. Ötən ay Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov isə 6 pillə irəliləyib. O, 2767 xalla 9-cudur.

Qədir Hüseynov isə 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. “Top-100″ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir.

Qadınlardan da 4 şahmatçı “100-lük”də yer alıb. Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır. Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədədir.



mənbə :
Report.az

Azerbaycan sahmatcilari FİDE reytinqinde irelileyibler