İçeriğe geçmek için "Enter"a basın

“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 40% artıb

31-10-2019

[r32]

31 Oktyabr, 2019  16:41 xeber – “Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 3,773 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 39,5% çoxdur.

9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat gəlirləri 35,739 milyon manat (7,3% az), xərcləri 23,912 milyon manat (8,4% az), xüsusi ehtiyatlara ayırmaları 6,988 milyon manat (19,6% az), gözlənilməz gəlirləri 194 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 1,261 milyon manat (17% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 413,659 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,4% azdır. Bunun 136,654 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,3% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 21,6% azalaraq 332,918 milyon manata, o cümlədən depozit portfeli 24,4% azalaraq 300,232 milyon manata düşüb, balans kapitalı isə 5,4% artaraq 80,741 milyon manata çatıb.

Xatırladaq ki, “YapıKredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin “YapıKredi Bankı”na, 0,01%-i “YapıKredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01%-i isə “YapıKredi Finansal Kiralama” şirkətinə məxsusdur. 



mənbə :
Report.az

“Yapi Kredi Bank Azerbaycan”in xalis menfeeti 40% artib