İçeriğe geçmek için "Enter"a basın

'Ziraat Bank Azərbaycan”ın 4-cü filialı fəaliyyətə başlayıb

31-10-2019

[r32]

31 Oktyabr, 2019  17:15 xeber – Oktyabrın 25-də Sumqayıt şəhərində “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə üzrə 4-cü filialının açılışı olub. 

Açılış mərasimində Turkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Ziraat Bank Türkiyə”nin İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqan Ər, azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən türk iş adamları iştirak ediblər.

M.Çavuşoğlu filialı gəzib, işçilərlə söhbət edib, “Ziraat Bank Azərbaycan”ın “Bankkart” məhsulunu A.Demircidən qəbul edib. Sədr çıxışında 4 il bundan əvvəl qurulmasına başlanılmış “Ziraat Bank Azərbaycan”ın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıtda açılmasına diqqət çəkib və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlara dəstək olmaq məqsədi ilə buranı seçdiklərini qeyd edib. 

“Ziraat Bank Azərbaycan” ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir və iqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik”, – deyə o, qeyd edib. 



mənbə :
Report.az

'Ziraat Bank Azerbaycan”in 4-cu filiali fealiyyete baslayib