İçeriğe geçmek için "Enter"a basın

Donald Tramp: 'ABŞ ilə Çin arasında ticarət sövdələşməsi üçün yer axtarışı gedir'

31-10-2019

[r32]

31 Oktyabr, 2019  18:13 xeber – ABŞ ilə Çin hökumətləri imzalanacaq ticarət sazişinin 60%-ni əhatə edəcək sövdələşmənin birinci mərhələsini razılaşdırmaq üçün yer seçimilə məşğuldur.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Çin ilə ABŞ ümumi sövdələşmənin 60 faizinə qədərini təşkil edəcək ticarət sazişinin birinci mərhələsini imzalamaq üçün Çilidəki APEC mətləbə dəxli olmayan məsələlər üzündən ləğv ediləndən sonra yeni yer seçməklə bağlı çalışırlar. Yeni yer tezliklə açıqlanacaq. Prezident Si Cinpinq və prezident Tramp imzalarını qoyacaqlar”, – D.Tramp qeyd edib.



mənbə :
Report.az

Donald Tramp: 'ABS ile Cin arasinda ticaret sovdelesmesi ucun yer axtarisi gedir'