İçeriğe geçmek için "Enter"a basın

“Azər-Türk Bank”ın mənfəəti kəskin artıb

31-10-2019

[r32]

31 Oktyabr, 2019  18:52 xeber – “Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 672 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,6 dəfə çoxdur.

9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 23,713 milyon manat (illik müqayisədə 31,3% çox), xərcləri 22,712 milyon manat (18,1% çox), xüsusi ehtiyatlara ayırmaları isə 329 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 351,879 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,8% çoxdur. Bunun 165,452 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,8% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 13,3% artaraq 296,163 milyon manata, o cümlədən depozit portfeli 4,6% artaraq 184,681 milyon manata, balans kapitalı isə 4,3% artaraq 55,717 milyon manata çatıb.

Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.



mənbə :
Report.az

“Azer-Turk Bank”in menfeeti keskin artib