İçeriğe geçmek için "Enter"a basın

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş Nazirinin ticarət elçisi ilə görüşüb - YENİLƏNİB

31-10-2019

[r32]

31 Oktyabr, 2019  19:55 xeber – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olundu. Vurğulandı ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.

Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək, bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.


***17:43

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

“Report”un xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.



mənbə :
Report.az

Birinci vitse-prezident Mehriban Eliyeva Boyuk Britaniya Bas Nazirinin ticaret elcisi ile gorusub – YENİLENİB