İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın şahmat yığması İsveçrəni məğlub edib

31-10-2019

[r32]

31 Oktyabr, 2019  20:16 xeber – Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub. 

“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir. 

Avropa çempionatı

VII tur, kişilər

Azərbaycan – İsveçrə – 2.5:1.5

Şəhriyar Məmmədyarov – Sebastyan Boqner – 0,5:0,5

Rauf Məmmədov – Yannik Pelletye – 0:1

Qədir Hüseynov – Niko Georgiadis – 1:0 

Eltac Səfərli – Oliver Kurmann – 1:0

Gürcüstan – Azərbaycan – 0:0

Nana Dzaqnidze – Günay Məmmədzadə

Lela Cavaxişvili – Xanım Balacayeva – 0,5:0,5

Bela Xotenaşvili – Gülnar Məmmədova

Meri Arabidze – Türkan Məmmədyarova



mənbə :
Report.az

Azerbaycanin sahmat yigmasi İsvecreni meglub edib