İçeriğe geçmek için "Enter"a basın

Avropa çempionatı: Azərbaycan millisi İsveçrəyə qalib gəlib, qadınlardan ibarət yığma məğlub olub - YENİLƏNİB

31-10-2019

[r32]

31 Oktyabr, 2019  20:45 xeber – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.

“Report” xəbər verir ki, komanda VII turda meydan sahibi ilə üz-üzə gəlib və rəqibinə uduzub – 1:3. 

Yığma üzvlərindən Xanım Balacayeva və Türkan Məmmədyarova görüşlərini heç-heçə ilə bitirib. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə məğlub olublar. 7 turdan sonra yığmanın 9 xalı var.


***20:16

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub. 

“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir. 

Avropa çempionatı

VII tur, kişilər

Azərbaycan – İsveçrə – 2,5:1,5

Şəhriyar Məmmədyarov – Sebastyan Boqner – 0,5:0,5

Rauf Məmmədov – Yannik Pelletye – 0:1

Qədir Hüseynov – Niko Georgiadis – 1:0 

Eltac Səfərli – Oliver Kurmann – 1:0

Gürcüstan – Azərbaycan – 3:1

Nana Dzaqnidze – Günay Məmmədzadə – 1:0 

Lela Cavaxişvili – Xanım Balacayeva – 0,5:0,5

Bela Xotenaşvili – Gülnar Məmmədova – 1:0 

Meri Arabidze – Türkan Məmmədyarova – 0,5:0,5



mənbə :
Report.az

Avropa cempionati: Azerbaycan millisi İsvecreye qalib gelib, qadinlardan ibaret yigma meglub olub – YENİLENİB