İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan akrobatları Avropa çempionatında daha bir bürünc medal qazanıblar

31-10-2019

[r32]

31 Oktyabr, 2019  22:44 xeber – İsraildə keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan gimnastları üçün uğurlu olub.

“Report” xəbər verir ki, Azərbaycan akrobatları Avropa çempionatında daha bir bürünc medal qazanıblar.

Abdulla Əl-MəşayxiRuhidil Qurbanlı cütlüyü də bugünkü final mərhələsində fəxri kürsüyə yüksəliblər.

Qeyd edək ki, yarışın birinci günü də idmançılarımız üçün uğurlu olub. Belə ki, təmsilçilərimizdən Murad RəfiyevDaniel Abbasov bürünc medal qazanıblar.



mənbə :
Report.az

Azerbaycan akrobatlari Avropa cempionatinda daha bir burunc medal qazaniblar