İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda idmançılar qəzaya düşdü - FOTO

12-10-2015

22:10 xeber – Ağdamda ağır yol qəzası baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında rayonun Quzanlı qəsəbəsi ərazisində Bərdə istiqamətində hərəkətdə olan mikroavtobus, “Lada Priora” markalı avtomobillə toqquşub.

Yoldan çıxan mikroavtobus bardurlara çırpılaraq dayanıb. Yeniyetmə idmançıların olduğu mikroavtobusda 5 nəfər xəsarət alıb. Yaralılardan 4-ü, 17 yaşlı Kərimli Kərim, 16 yaşlı Ruslan Məhərrəmov, 13 yaşlı Eltac Fərəcov, 10 yaşlı Sahib Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam MRX-na çatdırılıb.

Qapalı kəllə beyin travması alan 17 yaşlı İlkin Quliyevin vəziyyəti ağır olduğundan Bərdə MRX-na gətirilib.

Mikroavtobusu idarə edən Şahbaz İbrahimovun sözlərinə görə yeniyetmələr Ağdam Olimpiya Komitəsindən məşqdən qayıdırmış. Hadisə yerinə Ağdam rayon PŞ-nin DYP bölməsinin əməkdaşları gəlib.

Hazırda baş vermiş qəzayla bağlı araşdırma aparılır.


Yaralıların dördü Ağdam MRX-na çatdırılıb


Bərdəyə gətirilən İlkin Quliyevin vəziyyəti ağırdı

mənbə :
anspress

Azerbaycanda idmançılar qezaya düşdü – FOTO