İçeriğe geçmek için "Enter"a basın

Prezidentlərin maraqlı rəqsi – Video

14-10-2015

Argentina prezidenti Cristina Fernandez de Kirchner ötən həftə siyasi mitinqdə qəfildən rəqs etdi və bunu göstərən video internetdə məşhurlaşdı.

prezidentlerinreqsiÖz partiyasına rəhbərlik etmək üçün seçdiyi namizədin naminə keçirilən mitinqin sonunda 62 yaşlı prezident, rok mahnısına oynamağa başladı. Həmin namizəd, Daniel Scioli, onun yanında durur və əllərilə etdiyi işarələrdən görünür ki, ona demək istəyir: “Bilirsən, də, səni kameralar çəkir?” – Cristina Fernandez rəqs etməyə davam edir.

Çoxu prezidentin qeyri-rəsmi davranışına görə onu alqışlayıb.

Odur ki, BBC Azərbaycan xidməti bu “fenomenə” – müxtəlif prezidentlərin rəqslərinə nəzər salır.

Dmitri Medvedev

Dmitri Medvedevin ən məşhur videolarından biri, YouTube saytında yerləşdirilən “Medvedevin rəqsi”dir. Bu saytda Medvedev yazan kimi elə birinci nəticə olaraq bu video çıxır.

Videoda sabiq Rusiya prezidenti cins şalvarda pop musiqisinə ürəkdən rəqs edir, ətrafdakıların bəziləri onunla birlikdə oynayır, digərləri əl çalır.

Videonun altında yüzlərlə şərh var: “Hər şeydən öncə o, hamı kimi insandır :)” biri yazıb. Daha çox istifadəçinin “bəyəndiyi” şərh isə budur: “Sanki çirkli ayaqqabılarını təmizləmək üçün yerə sürtür.. haha”.

O, 1980-ci illərin sonunda Sovet İttifaqında formalaşmış “Kombinatsiya” qrupunun “American boy” (“Amerikalı oğlan”) mahnısına oynayır.

Barack Obama

ABŞ prezidenti Barack Obama kameranın qabağında o qədər rəqs edib ki, bir videonu seçmək çətindir. Həm özü, həm də həyat yoldaşı Michelle Obama tez-tez rəqs edərkən kameraya düşür.

Bu siyahıdakı bir çox digər prezidenlərdən fərqli olaraq, onun rəqs etməsi gizlincə mobil telefonlarla deyil, yayım üçün çəkilir.

Obama həm televiziya proqramlarında, həm də qeyri-rəsmi tədbirlərdə oynamağı xoşlayır. Komiklərin tolk-şoularında artıq demək olar ki, onun rəqs etməsi gözlənilən haldır.

obamareqs

Bu siyahıdakı bir çox digər prezidenlərdən fərqli olaraq, onun rəqs etməsi gizlincə mobil telefonlarla deyil, yayım üçün çəkilir.

Obama həm televiziya proqramlarında, həm də qeyri-rəsmi tədbirlərdə oynamağı xoşlayır. Komiklərin tolk-şoularında artıq demək olar ki, onun rəqs etməsi gözlənilən haldır.

Heydər Əliyev

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev qeyri-rəsmi mühitdə rahatlığı ilə tanınırdı.

İnternetdə onun adını axtarışa verəndə, ilk nəticələr arasında “Heydər Əliyev şairlə araq vurur”, “Heydər Əliyev qeyri-rəsmi”, “Heydər Əliyev səmimi söhbət edir” tipli videolar çıxır.

heydereliyev

Onun rəqs etdiyini göstərən videolardan birinin altında yazılan şərh belədir: “Dövlət başçısı gərək, millət içinə çıxsın, görüşsün. Sadəlövhlüyüynən seçilsin sənin kimi. Çox hayıf ki, oğlun bu milləti talıyır baba :(Allah Rəhmət Eləsin”.

İlham Əliyev

İlham Əliyev atası kimi “millət içinə çıxan” bir prezident kimi tanınmasa da, görünür öz yaxın dairəsilə olanda, o da şənlənməyi xoşlayır.

Bu il onun toyda rəqs etməsini göstərən video internetdə yayılandan sonra bir çoxu təəcübləndi.

Video Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevin toyunda çəkilib. Prezident Mehriban Əliyeva ilə rəqs edir, qızları və digər qohumları da onlara qoşulur.

Videonun altındakı şərhlər iki yerə bölünüb: prezidentin rəqsini bəyənib onun “sadəlövh” olduğunu deyənlər və bu adamları “yaltaq” adlandıraraq tənqid edənlər.

“Çox gözəl rəqs edir, yeri gəlmişkən. Ümumiyyətlə o, möhtəşəmdir! İlahi, niyə bəziləri bir şeyi unudur – axı onlar da insandırlar! Onlar da hiss edirlər, narahat olurlar, sevirlər, nifrət edirlər!” – ən çox bəyənilən, rus dilində yazılan şərh bu sözlərlə başlayır.

Mənbə : BBC Azərbaycanca

Prezidentlərin maraqlı rəqsi – Video