İçeriğe geçmek için "Enter"a basın

ABŞ Türkiyədəki həbsləri tənqid etdi

14-12-2014

jen-psaki.si_

Türkiyədə 14 dekabrda aparılan əməliyyatla bağlı ABŞ Dövlət Katibliyi sözçüsü Jen Psaki açıqlama verib.

Cen Psaki Türkiyədə baş verənləri yaxından izlədiklərini deyib.

Cen Psakinin yayımladığı bəyanatda deyilir:

“Türk polisinin Türkiyə daxilində bir sıra basqınlar və əməliyyatlar  apardığını  yaxından izləyirik. Saxlanılanların Türkiyə hökumətini açıq tənqid edən media orqanları olduğu görülür. Mətbuat azadlığı, məhkəmə prosesi və mühakimə etməyin müstəqilliyi hər bir sağlam demokratiya üçün əsas faktorlardır və bunlar Türkiyə konstitusiyasında müqəddəs amil kimi qəbul edilir”.

ABŞ Türkiyədəki həbsləri tənqid etdi