İçeriğe geçmek için "Enter"a basın

Gürcüstandan Azərbaycana avtomobil satışı haqqında

26-12-2014

gurcustanazerbaycan
APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü nazir deyib ki, Azərbaycan hökümətinin qəbul etmiş olduğu “Avro-4” standartı müvəqqəti olaraq avtomobil satışının azalmağına səbəb olub: “Avtomobil satışı ilə məşğul olan adamlara vaxt lazım idi ki, bu standartlara uyğun avtomobil ixrac ilə məşğul ola bilsinlər. İndi isə hər şey yoluna düşür, müsbət irəliləyiş gözlənir”.

Baş nazirinin müavini, G. Kvirikaşvili, Gürcüstan və Azərbaycan arasında ümumi mal dövriyyəsinin aşağı düşməsinin olmadığını, əksinə artış gözləndiyini bildirib: “Avtomobil satışında qısa da olsa aşağı düşmə olmuşdu, lakin indi orta ənənə müsbətdir. Düşünürəm ki, Azərbaycan və Gürcüstan çox önəmli strateji tərəfdaşdır. Azərbaycan Gürcüstanda birbaşa investiya yatıran bir nömrəli ölkədir. Biz Bakı-Tbilis-Qars kimi layihələri birlikdə həyata keçiririk. Artıq Gürcüstan tərəfdə praktiki olaraq bütün işlər yekunlaşıb və Axalkalakidə terminalın tikintisi davam edir. Dəmir yolu xətti isə qatarların hərəkətinə hazırdır. Türkiyə tərəfdə isə işlər gedir. İndi Türkiyə və Gürcüstan tərəfini birləşdirən tunelin tikintisi üzərində işlər aparılır. 2015-ci ilin sonunadək bütün hesablamalara görə, əgər hansısa ekstremal situasiya baş verməsə, ümidvarıq ki, Bakı-Tbilisi-Qars layihəsi yekunlaşacaq”, – deyib.

Baş nazirin müavini SOCAR-ın Gürcüstanda böyük layihələr həyata keçirdiyini deyib: “Bundan başqa, SOCAR Gürcüstanda böyük layihələr həyata keçirib və davam edir. Gürcüstanın regionlarında qazlaşdırma işləri gedir və bu istiqamətdə böyük inkişaf var. Biz buna görə Gürcüstan tərəfi olaraq, SOCAR rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Mənbə: APA

Gürcüstandan Azərbaycana avtomobil satışı haqqında