İçeriğe geçmek için "Enter"a basın

Xaricdə təhsil haqlarının ödəniş qaydası dəyişdi

27-12-2014

Xaricde TehsilAzərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına bir sıra dəyişikliklər edilib.

Azadlıq-ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəyişikliklər xarici ölkələrdə ödənişli əsaslarla təhsil alan tələbələrə aiddir.

Müvafiq qaydalara əsasən, tələbə təhsil aldığı ölkəyə daxil olmasından sonra ödəmələri həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq edəcəklər.

Ödənişlər aşağıdakı kimi müəyyən edilib:

– Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya – 8 ay, digər ölkələr – 9 ay;
– Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;
– Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

Təhsil Nazirliyinin internet saytında yer alan xəbərin tamamına “buradan” baxabilərsiniz.

Azadliq.az

Xaricdə təhsil haqlarının ödəniş qaydası dəyişdi