İçeriğe geçmek için "Enter"a basın

Netanyahudan sensasion açıqlama: Hiler eləmədi...

22-10-2015

06:24 xeber – İsrailin baş naziri Benyamin Netanyahu sesnsasion iddialarla çıxış edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Qüdsdə keçirilən dünya sionistlərinin 37-ci qurultayında çıxış edən Netanyahu II dünya müharibəsi vaxtı yəhudilərin məruz qaldığı soyqırımının Hitlerin fikri olmadığını deyib. Hitlerin yəhudiləri sürgün etməyi planlaşdırdığını deyən baş nazir onda bu fikri Fələstin müftisinin yaratdığını iddia edib.

“Hitler yəhudiləri yox eləmək deyil, sürgün eləmək istəmişdi. Fələstin müftisi hacı Emin Hüseyni Berlinə gedərək ona, “yəhudiləri sürgün eləsən hamısı Fələstinə gələcəklər.” – deyib. Hitler ondan, “bəs nə edim?” – deyə soruşub. Hüseyni, “onları yandır” – deyib.” – deyə Netanyahu iddiasında bildirib.

Netanyahunun yəhudi soyqırımı üçün Hitlerin əvəzinə fələstinliləri günahlandırması etirazla qarşılanıb. Sosial şəbəkələrdə bu iddialara qarşı kəskin reaksiyalar bildirilıib. Yerli mətbuat isə bildirib ki, yəhudi soyqırımını araşdıran tarixçilər bu cür iddiaları qəbul etmirlər.

Hitler Almaniyasında 1939 – 1945-ci iltarixlərdə, başda yəhudilər olmaqla qaraçılar, nasizm əleyhinə olan almanlar, əlillər, müharibə əsirləri, polyaklar və digər slavyanxalqların olduğu milyonlarla insanı sistemli şəkildə qətlə yetirib.

II Dünya müharibəsi vaxtı 6 milyon yəhudinin soyqırımına qurban getdiyi bildirilir. İsraildə hər il aprelin 27-də “Holokost” qurbanlarının anım günü keçirilir.

mənbə :
anspress

Netanyahudan sensasion açıqlama: Hitler elemedi…