İçeriğe geçmek için "Enter"a basın

Ukrayna prezidenti: 'SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib'

31-01-2020

[r32]

31 Yanvar, 2020  14:15 xeber – Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook”dakı səhifəsində bildirib.

Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib.

Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.

Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, ASOCAR Ukraine MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər.



mənbə :
Report.az

Ukrayna prezidenti: 'SOCAR olkemizin enerji infrastrukturuna boyuk tohfeler verib'