İçeriğe geçmek için "Enter"a basın

Qeydiyyatdan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

31-01-2020

[r32]

31 Yanvar, 2020  17:43 xeber – Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 64 min 48 yerli müşahidəçi qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O əlavə edib ki, parlament seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 842-yə çatıb. 

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.



mənbə :
Report.az

Qeydiyyatdan kecen beynelxalq ve yerli musahidecilerin sayi aciqlanib