İçeriğe geçmek için "Enter"a basın

İBM-də rəhbər dəyişib

31-01-2020

[r32]

31 Yanvar, 2020  19:56 xeber – ABŞ-ın İBM korporasiyası Baş direktoru Cinni Romettinin vəzifədən getdiyini, yerinə bulud və əqli proqram təminatı üzrə böyük vise prezident Arvind Krişnanın gələcəyini elan edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yeni Baş direktor aprelin 5-dən vəzifəsinin icrasına başlayacaq. Bununla yanaşı Direktorlar Şurasının yeni sədrinin də 34 mlrd dollara satın aldıqları bulud proqramının müəllifi olan “Red Hat” şirkətinin rəhbəri Ceyms Uaytherstin olacağı da bildirilib.

Qeyd edək ki, İBM-nin səhmləri C.Romettinin Baş direktor təyin edildiyi 2012-ci ildəkinə nisbətən 25 faiz ucuzlaşıb. Bununla belə rəhbər dəyişikliyi barədə xəbər yayıldıqdan sonra səhmlər 5 faiz bahalaşıb.



mənbə :
Report.az

İBM-de rehber deyisib