İçeriğe geçmek için "Enter"a basın

Çin ABŞ-ın vətəndaşlarına xəbərdarlığını yersiz hesab edib

31-01-2020

[r32]

31 Yanvar, 2020  20:54 xeber – “ABŞ hökumətinin Çinə gedənlərə dair xəbərdarlıq səviyyəsini artırması yersiz addımdır və gerçəkliklə düz gəlmir”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı hökumətləri səyahət məhdudiyyətləri təbiq etməməyə çağırsa da, ABŞ Dövlət Departamenti Çinə səyahətlərlə bağlı xəbərdarlıq səviyyəsini İraq və Əfqanıstanla bağlı xəbərdarlıq səviyyəsinə çatdırıb.

Xatırladaq ki, Çində yayılan koronavirusun törətdiyi yeni tip pnevmoniyaya yoluxanların sayı 9800-ü keçib, bunlardan 213 nəfəri dünyasını dəyişib.



mənbə :
Report.az

Cin ABS-in vetendaslarina xeberdarligini yersiz hesab edib