İçeriğe geçmek için "Enter"a basın

BDU virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbə ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

31-01-2020

[r32]

31 Yanvar, 2020  21:06 xeber – Bakı Dövlət Universiteti (BDU) Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən tələbə ilə bağlı açıqlama yayıb.

BDU-nun mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzdə karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır. 

“Liu Yousha yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı virusun əlamətləri müşahidə olunmayıb. Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTM-ə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti müşahidə olunmayıb”.

Bildirilir ki, Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

“Bakı Dövlət Universitetində coxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və universitet rəhbərliyinin diqqətində saxlanılır”, – deyə açıqlamada bildirilir.


***15:40

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.

“Report”un əldə etdiyi məlumata görə, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.

Rusiyanın Krosnoyarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırmaqla bağlı müraciət edib.

Həmin xəstədən də nümunələr götürülüb laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.



mənbə :
Report.az

BDU virus tehlukesi ile xestexanaya aparilan telebe ile bagli aciqlama yayib – YENİLENİB