İçeriğe geçmek için "Enter"a basın

Salyanda məişət əşyaları oğurlayan şəxslər saxlanılıb - FOTO

31-01-2020

[r32]

31 Yanvar, 2020  21:35 xeber – Salyanda oğurluq edən şəxslər saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhəri Heydər Əliyev prospektində yerləşən sosial obyektlərin birində qeydə alınıb.

Belə ki, sosial obyektdə kreslolar, istilik sisteminə qoşulan qızdırıcılar və digər məişət əşyaları oğurlanıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Salyan şəhər sakinləri – Babayev Elxan Ağasadıq oğluHüseynov Ceyhun Əbülhəsən oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı Elxan Babayev və Ceyhun Hüseynovun qabaqcadan əlbir olaraq sosial obyektə girərək oradan 2 ədəd kreslo, istilik sisteminə qoşulan 2 ədəd qızdırıcı və digər məişət əşyalarını oğurladıqları məlum olub.

Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Oğurlanmış məişət əşyaları maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Salyanda meiset esyalari ogurlayan sexsler saxlanilib – FOTO