İçeriğe geçmek için "Enter"a basın

Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, ölən və yaralanan var

31-01-2020

[r32]

31 Yanvar, 2020  22:48 xeber – Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yeni Qızılca kəndində “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Goygolde sernisin mikroavtobusu qezaya ugrayib, olen ve yaralanan var