İçeriğe geçmek için "Enter"a basın

İstanbulda təyyarə qəzası nəticəsində yaralıların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB-2

05-02-2020

[r32]

5 Fevral, 2020  22:24 xeber – İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib ki, “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb.

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər – 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb.


***20:49

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


 *** 19:57

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Pegasus” aviaşirkətinə məxsus “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.


mənbə :
Report.az

İstanbulda teyyare qezasi neticesinde yaralilarin sayi artdi – Video – (Yenilenib)