İçeriğe geçmek için "Enter"a basın

Məşhurun 19 yaşlı sevgilisi - FOTO

23-10-2015

06:10 xeber – “Real”in və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo oyunu ilə yanaşı, sürdüyü həyat tərzi ilə tez tez diqqət mərkəzində olur.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rusiyalı model İrina Şaykdan ayrıldıqdan sonra adı bir çoх gözəllə hallanan Ronaldo ilə bağlı daha bir хəbər yayılıb.

Ulduz futbolçunun indi də Maya Darvinqlə birlikdə olduğu deyilir. Bu barədə Portuaqliyanın “Correio Da Manha” jurnalı məlumat yayıb. İddiaya görə, 19 yaşlı model ötən həftə Ronaldonun forma geyindiyi “Real”ın Çempionlar Liqasında “Malmö”yə qarşı keçirdiyi oyunu canlı izləyib. “Bir müddət ki, onlar bir aradadır. Cütlük bir çox yerlərdə birgə görünüb. Onların bir-birinə qarşı böyük sevgisi var”,- deyə jurnal xəbər verib.


Maya Darvinq

Hazırda Madrid “Real”ının şərəfini qoruyan 30 yaşlı oyunçu indiyədək bir sıra xanımlarla eşq macərası yaşayıb. Onların arasında manekenlər, modellər, aktrisalar və idmançılar da var. Artıq Ronaldonun sevgililərindən ibarət siyahı da tutulub. Burada bir çox xanımın adı var. Bunların arasında : Cordana Jardel (2002-ci il), Karina Ferro (2002-05-ci illər), Daniele Aquiar (2005-ci il),İzabel Fiqueir (2005-ci il), Diana Çaves (2006-cı il),Nuria Bermudes (2006-cı il),Soraya Çaves (2006-cı il),Merşe Romero (2006-cı il),Lusiana Abreu (2007-ci il),Cemma Atkinson (2007-ci il).Nereyda Qalyardo (2008-ci il), Luana Belletti (2009-cu il),Paris Hilton (2012-cu il), Raffaella Fiso (2014-cu il) və s göstərmək olar.

mənbə :
anspress

Meşhurun 19 yaşlı sevgilisi – FOTO