İçeriğe geçmek için "Enter"a basın

“Azadlıq Radiosu” xarici ölkələrin mətbuatında

27-12-2014

azadliqofisAzadliq.az-ın Türkiyənin “Anadolu Ajansı”-na istinadən verdiyi xəbərə görə, dünən Azadlıq Radiosunun ofisinə olan basqından sonra, ABŞ Xarici İşlər Nazirliyi yuxarı səviyyəli yetkilisi, Radionun Azərbaycan ofisinin möhürlənməsindən “dərin narahatlıq” hissi keçirdiklərini bildirdi. Səbəbini hələ də bilmədiklərini deyən yetkili “Azad media ölkənin müstəqilliyi üçün kritik önəmə sahibdir” sözlərini əlavə etdi.

Qonşu ölkə Türkiyənin bilinən xəbər kanalları və saytları da ötən gün “Azadlıq Radiosu”nun ofisinə basqın haqqında yazdı.

Qeyd edək ki, Türkiyədə də jurnalistlərin azadlığı barəsində ciddi narahatlıqlar yaşanır.

Təəsüf ki, Azərbaycan və Türkiye Dünyada əsasən Avropada siyasi məhbusların sayında birçox ölkədən daha qabaqdadır.

“Azadlıq Radiosu” xarici ölkələrin mətbuatında