İçeriğe geçmek için "Enter"a basın

FIDE reytinqi: Rəcəbov mövqeyini qorudu, Məmmədyarov ilk '10-luğ'u tərk etdi

31-03-2020

[r32]

31 Mart, 2020  18:07 xeber – Array

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

“Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 10-cu sıradakı mövqeyini itirib. 2764 xalı olan Məmmədyarov 1 pillə geriləyərək, 11-ci yerdə qərarlaşıb.



mənbə :
Report.az

FİDE reytinqi: Recebov movqeyini qorudu, Memmedyarov ilk '10-lug'u terk etdi