İçeriğe geçmek için "Enter"a basın

FIFA-dan klublara dəstək: Yeni fond təsis olunur

31-03-2020

[r32]

31 Mart, 2020  18:40 xeber – Array

FIFA dünya futbol təsərrüfatına dəstək məqsədilə sabitləşmə fondu yaratmağı planlaşdırır.

“Report”un “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, belə bir fondun təsis olunması ideyası klubların koronavirus pandemiyasına görə maliyyə böhranı ilə üzləşməsindən sonra gündəmə gəlib.

Ən son illik hesabata görə, FIFA-nın hazırkı pul ehtiyatı 2,74 milyard dollar təşkil edir. İddiaya əsasən, ali futbol qurumu yeni fonda bir neçə yüz milyon dollar ayırmağı planlaşdırır. Amma fondun yaradılmasını FIFA-nın Şurası təsdiqləməlidir.

FIFA rəsmilərinin hazırda koronavirusun dünya futboluna qısa və orta müddətli təsirini qiymətləndirdiyi vuruğulanıb. Fondun klublara qısamüddətli kreditlər və təcili qrantlar verəcəyi gözlənilir. Fondun FIFA rəhbərliyindən asılı olmayaraq idarə olunacağı bildirilib.



mənbə :
Report.az

FİFA-dan klublara destek: Yeni fond tesis olunur