İçeriğe geçmek için "Enter"a basın

Ukrayna XİN: Qarabağdakı qondarma 'seçkilər' beynəlxalq hüquqa ziddir

31-03-2020

[r32]

31 Mart, 2020  19:28 xeber – Array

Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Dağlıq Qarabağ ərazisində keçirilən qondarma “prezident” və “parlament” “seçkilər”ini qətiyyətlə pisləyir.

“Report” xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı bəyanatda bildirilir.

“Hər hansı hüquqi əhəmiyyət daşımayan bu qondarma seçkilər beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu bildirir”- bəyanatda qeyd olunub.



mənbə :
Report.az

Ukrayna XİN: Qarabagdaki qondarma 'seckiler' beynelxalq huquqa ziddir