İçeriğe geçmek için "Enter"a basın

'Real Madrid'in hücumçusu Avropada ən yaxşı gənc futbolçu seçildi

31-03-2020

[r32]

31 Mart, 2020  21:07 xeber – Array

Avropada çıxış edən ən yaxşı gənc futbolçu müəyyənləşib.

“Report” xəbər verir ki, “Goal” nəşrinin versiyasına əsasən, bu ada “Real Madrid” klubunun hücumçusu Rodriqo Qoes layiq görülüb.

19 yaşlı braziliyalı forvard cari mövsüm “kral klubu”nun heyətində 21 oyun keçirib. Gənc futbolçu bu matçlarda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci pillədə İspaniya “Barselona”sının hücumçusu Ansu Fati qərarlaşıb. İngiltərə təmsilçisi “Mançester Yunayted”in oyunçusu Meyson Qrinvud isə sıralamada 3-cüdür.

Ən yaxşı gənc futbolçuların “Top-10″luğu isə belədir:

1. Rodriqo Qoes (Braziliya, “Real Madrid”)

2. Ansu Fati (İspaniya, “Barselona”)

3. Meyson Qrinvud (İngiltərə, “Mançester Yunayted”)

4. Reyner (Braziliya, “Real Madrid”)

5. Eduardo Kamavinqa (Fransa, “Renn”)

6. Qabriel Martinelli (Braziliya, “Arsenal”)

7. Li Kan İn (Cənubi Koreya, “Valensiya”)

8. Məhəmməd İhattaren (Niderland, PSV)

9. Takefuso Kubo (Yaponiya, “Real Madrid”)

10. Rayan Qravenberx (Niderland, “Ayaks”)



mənbə :
Report.az

'Real Madrid'in hucumcusu Avropada en yaxsi genc futbolcu secildi