İçeriğe geçmek için "Enter"a basın

“Məni cinayətkar elan etmişdilər, AMMA…” – Akif Çovdarovun azadlıqda ilk açıqlaması

22-04-2020


[r32]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlıqdakı görüntüsü yayılıb.

“Report”un əldə etdiyi foto ötən gün çəkilib.

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan A.Çovdarov iki həftəlik karantin müddətindən sonra aprelin 21-də doğmalarına qovuşub. O, ötən gün vəkilləri Kamandar NəsibovSadiq Rəsulovla görüşərək birgə foto çəkdirib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

Xatırladaq ki, A.Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla əfv olunub.

“Gununsesi.org” saytının əməkdaşı evində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib.

“Uzunmüddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab Prezidentə təşəkkür edirəm ki, azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.

“Məni cinayətkar elan etmişdilər, AMMA…” – Akif Çovdarovun azadlıqda ilk açıqlaması