İçeriğe geçmek için "Enter"a basın

Aparıcı Xoşqədəm Baxşəliyevanın evində xoş xəbər – Video

06-05-2020


[r32]
Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva bu gün övladlarının doğum gününü qeyd edir.

Azadlıq.az BiG.AZ-a istinadla xəbər verir ki, karantin rejimi ilə əlaqədar olaraq övladlarına dəbdəbəli doğum günü qeyd edə bilməyən aparıcı ötən illərə məxsus video və fotoları sosial media hesabında paylaşaraq geniş şərh yazıb.

“Düz dörd il əvvəl mənim mələklərim Arda və Arın dünyaya göz açdı. Onların gəlişi məni dəyişdi. Dünyanı, həyatı o qədər sevdim ki…Hər gün ad gününə necə gün qaldığını soruşan Arın bu gün “Ana bu gün atam gələcək?” sualını verdi və “yox” cavabını aldı..”

Qeyd edək ki, Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı türkiyəli müğənni Doğuş karantinlə əlaqədar olaraq Türkiyədən Azərbaycana qayıda bilmir. Aparıcının doğum günü qeyd etməməsinin ikinci səbəbi də budur.

Aparıcı Xoşqədəm Baxşəliyevanın evində xoş xəbər – Video