İçeriğe geçmek için "Enter"a basın

Bakıda yeni avtobuslar istifadəyə verilib

27-12-2014

tezeavtobus

Bakıya 50 ədəd  yeni avtobuslar gətirildi.

Türkiyədən Azərbaycana gətirilən bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Avtobusların 24 oturacağı vardır. sərnişin tutumu 69-dur. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək: “Yə’ni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən günəş işığını təxminən 80 faiz azaldır”.

F.Sadıqov yeni avtobusların hansı istiqamətdə işləyəcəyinə də aydınlıq gətirib.

Məlum olduğu kimi, “Isuzu” markalı bu avtobuslar hələlik yalnız 65 saylı marşrut xətti üzrə istismara buraxılıb.

Daha sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək. Gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək.

“Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların yə’ni əlillərin eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb”.

Azadliq.az

Bakıda yeni avtobuslar istifadəyə verilib