İçeriğe geçmek için "Enter"a basın

Milli Məclisin Sədr müavini: “Hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”

31-05-2020

[r32]

31 May, 2020  15:40 xeber – “Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər düşmənləri var:

“Avropa heyranlarımız var. Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.



mənbə :
Report.az

Milli Meclisin Sedr muavini: “Herbimiz haqqinda danisanda yuz olcub bir bicmek lazimdir”