İçeriğe geçmek için "Enter"a basın

Napoleon Bonapartın fotoportreti yaradıldı

31-05-2020

[r32]

31 May, 2020  16:35 xeber – Amsterdamlı fotoqraf Bas Uterviyk Fransa sərkərdəsi və imperatoru Napoleon Bonapartın sifətini yüksək dəqiqliklə bərpa etməyə müvəffəq olub.

“Report” “Le Figaro”ya istinadən xəbər verir ki, fotoqraf “Art Breeder” proqramına Napoleonun bir neçə mövcud portretini yükləyib. Geyimini isə Jak Lui Davidin 1812-ci ildə yaratdığı portretdən köçürüb.

“Mən Napoleon Bonapartın bu sifətini “Artbreeder”ə yüklədiyim bir neçə boyalı portret əsasında yaratdım (geyimini birbaşa Jak Lui Davidin 1812-ci il əsərindən götürmüşəm)”, – deyə fotoqraf “Twitter”dəki hesabında yazıb.

Qeyd edək ki, 2013-cü ildə Maksimilian Robespyerin də dəfn maskasından istifadə etməklə 3D modeli yaradılmışdı.



mənbə :
Report.az

Napoleon Bonapartin fotoportreti yaradildi