İçeriğe geçmek için "Enter"a basın

Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər

31-05-2020

[r32]

31 May, 2020  18:45 xeber – ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1995-ci ildə qalib gəldiyi Piter Maknili ilə yenidən qarşılaşa bilər.

“Report”un xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı idmançıya 25 il öncə 89 saniyəyə nokauta saldığı həmyerlisi ilə növbəti dəfə döyüşmək üçün 1 milyon ABŞ dolları təklif olunub.

Onun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.

Mayk Tayson və Piter Maknili

mənbə :
Report.az

Mayk Tayson 25 il once nokauta saldigi bokscu ile qarsilasa biler