İçeriğe geçmek için "Enter"a basın

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışıb

31-05-2020

[r32]

31 May, 2020  19:20 xeber – Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti baş tutub.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini qeyd edib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də Azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd edib və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Əfqanıstanlı nazir habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.



mənbə :
Report.az

Elmar Memmedyarov efqanistanli hemkari ile telefonla danisib