İçeriğe geçmek için "Enter"a basın

Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib

31-05-2020

[r32]

31 May, 2020  19:49 xeber – “Milli Məclis dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O bildirib ki, parlamentdə xüsusi iş qaydası tətbiq edilib: “Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər tibbi maskada olmaqla əyləşirlər. Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaq”.



mənbə :
Report.az

Milli Meclisde xususi is qaydasi tetbiq edilib