İçeriğe geçmek için "Enter"a basın

Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü - FOTO

31-05-2020

[r32]

31 May, 2020  21:15 xeber – Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, kənd sakini 36 yaşlı Albəndiyev Şəhadət Tufan oğluna məxsus, ümumi sahəsi 80 kv.m olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. 



mənbə :
Report.az

Kurdemirde uc otaqli ev yanaraq kule dondu – FOTO