İçeriğe geçmek için "Enter"a basın

Giriş pulsuz olacaq

27-12-2014

şirvanşah

Qız qalası və Şirvanşahlar Sarayına giriş pulsuz olacaq.

Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçirilir. İdarədən verilən məlumata görə, hər saatın əvvəlində bu muzey ekspozisiyalarına həmçinin bələdçi ilə turlar da təşkil olunacaq. Belə ki, 10 gün müddətində paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən sözügedən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Məlumat üçün qeyd edək ki, dekabrın 31-də muzeylər saat 16:00-dək fəaliyyət göstərəcək, yanvarın 1-də isə bağlı olacaq.

Bu kampaniya “BP” Azərbaycan şirkətinin verdiyi maliyyə dəstəyi ilə mümkün olacaq.

Azadliq.az

Bir yorum

  1. RUHIYYE 29/12/2014

    SALAM,BP sirketi cox sagolsun ki bu kampaniyani yaradib.menim qizimin 12 yasi var cox isteyir hemen muzeyleri gormek amma imkan olmurdu,insaallah bizde bu kampaniyadan istifade edib gedib gorerik.tarix muzeyinin unvanini bilmirem,ora nece gedim,men Sumqayitdanam,evvelceden tesekkurler.

Yorumlar kapatıldı.

Giriş pulsuz olacaq