İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan vətəndaşları mayda Türkiyədən 42 ev alıb

15-06-2020

[r32]

15 İyun, 2020  12:17 xeber – Bu ilin may ayında Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 44,6% azalaraq 50,9 minə enib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Belə ki, bu ilin may ayında Türkiyədə ən çox ev alan İran vətəndaşları olub ki, hesabat dövründə onlar 209 mənzil satın alıblar. Sıralama da İranı Əfqanıstan (48), Çin (46) və Azərbaycan (42) vətəndaşları izləyib.

Məlumata görə, hesabat dövründə ən çox mənzil satılan bölgələr sıralamasında 7 640 mənzillə İstanbul (ümumi bazadakı payı 15% olub) birinci yerdə qərarlaşıb. Onu 4 939 mənzillə Ankara (ümumi bazadakı payı 9,7%) və 3 096 mənzil satışı ilə İzmir (ümumi bazadakı payı 6,1%) izləyib.

Eyni dövrdə ən az mənzil satılan bölgələr isə Ardahan (4), Hakkari (15), Tuncəli (21) olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında əcnəbilərə satılan mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 12 598-ə enib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.



mənbə :
Report.az

Azerbaycan vetendaslari mayda Turkiyeden 42 ev alib