İçeriğe geçmek için "Enter"a basın

"ABŞ qoşunları Azərbaycana yeridilməlidir"

05-11-2015

19:41 xeber – “ABŞ Ukraynadan başqa Rusiyanın hədələdiyi Moldova, Gürcüstan və Azərbaycan kimi digər ölkələrə də daha artıq dəstək göstərməlidir”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu ABŞ müdafiə naziri müavininin keçmiş köməkçisi Evelin Farkas deyib.

Bu baxımdan, Pentaqonun keçmiş rəsmisi ABŞ Dövlət Katibi Con Kerriyə xarici səfəri zamanı Mərkəzi Asiya ölkələrinə də baş çəkməyi məsləhət görüb.


Mərkəzi Asiya Ölkələri

“Rusiya ətrafındakı ölkələrin bizim siyasi diqqətimizə ehtiyacı var. Eyni zamanda onlara bizim iqtisadi və hərbi dəstəyimiz də lazımdır”, – deyə Evelin Farkas bildirib.

Evelin Farkas eyni zamanda Pentaqonun Rusiya siyasəti üzrə keçmiş ekspertidir. O həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın təcavüzünün qarşısını almaq üçün daha çox iş görməlidir.

Bununla bağlı əsas təklif olaraq Farkas bildirib ki, ABŞ-ın əhəmiyyətli sayda qoşunları şərqi NATO ölkələrində yerləşdirilməlidir. “Bu, NATO-Rusiya razılaşmasını zədələyəcək. Amma Rusiya Ukrayna və Krım əməliyyatları ilə bu razılaşmanı artıq indidən pozub”, – deyən Evelin Farkas əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini əvvəlcədən təxmin etmək qeyri-mümkündür.

O, Putinin apardığı siyasətin məqsədlərindən də danışıb. “Putinin birinci məqsədi Rusiyanın dəstəklədiyi başqa namizəd tapılana qədər Bəşər Əsədi hakimiyyətdə saxlamaqdır. İkincisi, Putin bu hadisələrin onun da hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola biləcəyindən qorxur. Üçüncüsü isə Putin təcavüzkar siyasətilə Rusiyanın qlobal gücünü göstərmək istəyir”, – deyən Evelin Farkas ABŞ prezidenti Barak Obamanın Putini pərt etdiyini deyib.

“Prezident Obama Rusiyanı regional güc adlandıranda o, çox pərt olub. Buna görə də o Rusiyanın qlobal gücünü nümayiş etdirmək istəyir. Amma təəssüf ki, o bunu Suriyada ABŞ-la əməkdaşlıq edərək deyil, bizim əksimizə gedərək edir”, – deyə Evelin Farkas fikrini tamamlayıb.


Evelin Farkas – ABŞ müdafiə naziri müavininin keçmiş köməkçisi

mənbə :
anspress

“ABŞ qoşunları Azerbaycana yeridilmelidir”