İçeriğe geçmek için "Enter"a basın

Zakir Həsənov Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

22-06-2020

[r32]

22 İyun, 2020  11:12 xeber – Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. 
General-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

mənbə :
Report.az

Zakir Hesenov Moskvada kecirilecek herbi paradda istirak edecek